...

Putin son üç ildə ilk dəfə Belarusa səfər edəcək

Siyasət Materials 19 Dekabr 2022 06:47 (UTC +04:00)
Putin son üç ildə ilk dəfə Belarusa səfər edəcək

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Minskə birgünlük işgüzar səfərə gedəcək və burada Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Trend xəbər verir ki, iki ölkənin liderləri müntəzəm olaraq, o cümlədən şəxsən və telefonla əlaqə saxlayırlar.

Son üç ildə onların bütün genişmiqyaslı ikitərəfli danışıqları Rusiyada aparılıb.

Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa səfər edəcək.

Kremlin mətbuat xidmətinin qeyd etdiyi kimi, Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini, həmçinin beynəlxalq və aktual mövzuları müzakirə etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti