Bakı. Trend:
Gələn il Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor təşkilatlarının Gənclər Forumu keçiriləcək.
Trend-in məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, gələcəkdə Avropa və Cənubi Amerika ölkələrindən də diaspor nümayəndələrini prosesə cəlb etmək niyyətindədirlər.
“Gələcəkdə yol xəritəsi çərçivəsində Türk dünyasına daxil olan diaspora təşkilatları olaraq digər beynəlxalq təşkilatları bu prosesslərə cəlb etmək niyyətindəyik. Media istiqaməti də çox vacibdir. Uzun müddətdir ki, TDT-də ortaq media müəyyənləşməsi müzakirə olunur”,- deyə o əlavə edib.