Bakı. Trend:
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalı sona çatsa da, onun ağır fəsadları hələ də qalmaqdadır.
Trend-in məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, müharibə bitsə də, Ermənistan hərbi təxribatlarını davam etdirir.
"Azərbaycan əsgəri Azərbaycan-Ermənistan sərhədi boyunca öz torpaqlarındadır. Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsini bu gün də dəstəkləyir. Dəhlizin açılması Türk dünyası üçün faydalı olacaq”, - deyə o əlavə edib.