...

Lavrov sabah Moskvada Ceyhun Bayramov ilə danışıqlar aparacaq

Siyasət Materials 22 Dekabr 2022 21:15 (UTC +04:00)
Lavrov sabah Moskvada Ceyhun Bayramov ilə danışıqlar aparacaq

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "TASS" Rusiya XİN-dən bildirilib.

"Dekabrın 23-də Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında danışıqlar aparılacaq", - deyə Xİn-dən bildirilib.

Bu məlumatı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, cümə axşamı S.Lavrovla C.Bayramov arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti