Bakı. Trend:
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.
Trend xəbər verir ki, bu barədə H.Akarın Sarıqamış şəhidlərini anım günü ilə bağlı bəyanatında deyilir.
"Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə "bir millət, iki dövlət" ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını minnət və ehtiramla xatırlayırıq", - deyə nazir bildirib.