...

Beynəlxalq səyahətçilər Şuşa şəhərində piyada gəzintiyə çıxdılar (FOTO)

Siyasət Materials 4 Fevral 2023 14:25 (UTC +04:00)
Beynəlxalq səyahətçilər Şuşa şəhərində piyada gəzintiyə çıxdılar (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün 30 nəfər beynəlxalq səyahətçidən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində piyada gəzintiyə çıxıb.

Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, səyahətçilər Laçın-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin dinc etiraz aksiyasını müşahidə edib, məşhur Cıdır düzündə olub, icra hakimiyyətinin binasını ziyarət edib, Azərbaycan mədəniyyətinin məşhur xadimləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni vandalizminə məruz qalmış büstlərinin olduğu mərkəzi meydanda şəkillər çəkdiriblər.

Səyahətçilərə işğalçıların Azərbaycanın mədəni irs abidələrinə qarşı barbar münasibətlərindən bəhs olunub.

Daha sonra beynəlxalq səyahətçilər otuz illik işğal müddətində erməni vandalizminə məruz qalmış digər mədəni abidələr və binalarla, həmçinin, şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti