Bakı. Trend:
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm proseslərə təkan verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bu formatda 2020-ci ildən başlayaraq kommunikasiyanın açılması, Ermənistan-Azərbaycan sərhədlərinin demilitasiyası, sülh sazişinin hazırlanması, habelə, ictimai, ekspert və parlament dairələri nümayəndələri arasında əlaqələrin yoluna qoyulması istiqamətində mühüm proseslərə təkan verilib", - o deyib.