...

Avronest PA Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsini rədd etdi

Siyasət Materials 22 Fevral 2023 14:55 (UTC +04:00)
Avronest PA Laçın-Xankəndi yolu ilə bağlı Ermənistanın 7 qətnaməsini rədd etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avronest Parlament Assambleyasının (PA) Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən 10-cu sessiyası başa çatıb.

Trend xəbər verir ki, sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.

10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi.

Layihələrin qəbul olunması üçün Ermənistan parlamentinin spikeri və Xarici İşlər Nazirinin müavini Avronest Parlament Assambleyasının iştirakçılarına videomüraciət ediblər.

Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti