...

Prezident İlham Əliyev Estoniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu göndərib

Siyasət Materials 24 Fevral 2023 11:05 (UTC +04:00)
Prezident İlham Əliyev Estoniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti