...

Azərbaycanla Rusiya arasında dürüst münasibətlər qurulub - Lavrov

Siyasət Materials 28 Fevral 2023 15:39 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında səmimi münasibətlər qurulub.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında çıxışı zamanı deyib.

"Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları vicdanla ifadə edirik və onları həll edirik, amma vicdanla. Bu, Bəyannamədə öz əksini tapıb", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti