...

Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün böyük işlər görüb - Kubanın vitse-prezidenti

Siyasət Materials 28 Fevral 2023 20:46 (UTC +04:00)
Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün böyük işlər görüb - Kubanın vitse-prezidenti

Bakı. Trend:

Dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Fidel Kastro mühüm rol oynayıb.

Trend xəbər verir ki, bu barədə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Salvador Antonio Valdes Mesa vurğulayıb ki, Azərbaycan COVID-19-a qarşı mübarizə kimi çətin bir dövrdə Qoşulmama Hərəkatına çox fəal və uğurla sədrlik edib və təşkilatın inkişafı üçün böyük işlər görüb, üzv dövlətlərə dəstəyini əsirgəməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti