...

Azərbaycanın ABŞ-dakı səfiri “CERAWeek” Enerji konfransının sessiyasında iştirak edib (FOTO)

Siyasət Materials 8 Mart 2023 07:14 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri “CERAWeek” Enerji konfransının sessiyasında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Texas ştatının Hyuston şəhərində illik əsasda təşkil olunan və ABŞ, o cümlədən bir çox ölkələrdən yüksək səviyyəli dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən “CERAWeek” Enerji konfransının 41-ci illik sessiyasında iştirak etmişdir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Enerji konfransı çərçivəsində təşkil olunmuş “Enerji Təchizat Mənbələri və Nəqliyyat Marşrutları üzrə Dəyişən Perspektivlər” adlı plenar sessiyada natiq qismində çıxış etmişdir.

Çıxış zamanı Azərbaycanın enerji siyasəti, neft, qaz, o cümlədən alternativ enerji mənbələrindəki potensialı, ölkəmiz tərəfindən həyata keçirilmiş genişmiqyaslı enerji infrastruktur layihələri və Avropanın enerji təhlükısizliyinin təmin edilməsində Azərbaycanın rolu barədə iştirakçılar məlumatlandırılmış və onların qeyd edilən sahələrlə bağlı sualları cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti