...

Azərbaycanın ABŞ-dakı səfiri Houston Universitetində çıxış edib (FOTO)

Siyasət Materials 8 Mart 2023 07:56 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Houston Universitetində çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 41-ci “CERAWeek” Enerji konfransinda iştirak etmək məqsədilə ABŞ-ın Texas ştatına etdiyi səfəri çərçivəsində ABŞ-ın Hyuston Universitetində “Regional Təhlükəsizlik Problemləri: Əməkdaşlıq Perspektivləri və İqtisadi Potensial” mövzusunda çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Universitetin professor və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın yerləşdiyi region, onun regional və qlobal sülhün təmin olunmasına verdiyi töhfələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlar və hazırki vəziyyət, ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə münasibətlərin qurulması və onların reinteqrasiyası istiqamətində görülən işlər, eyni zamanda Azərbaycanın ümumiyyətlə qonşuları ilə münasibətlərinin vəziyyəti ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti