...

İslamofobiya artıq inanılmaz dərəcəyə çatıb - Wilfrid Laurier Universitetinin professoru

Siyasət Materials 16 Mart 2023 10:46 (UTC +04:00)
İslamofobiya artıq inanılmaz dərəcəyə çatıb - Wilfrid Laurier Universitetinin professoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamofobiya artıq inanılmaz dərəcəyə çatıb.

Trend-in məlumatına görə, bu barədə Wilfrid Laurier Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, müsəlman qadınlardan siyasi kampaniyalarda mənfur şəkildə istifadə edilir.

“Artıq hicab geyinən qadınlar arzuolunmaz vətəndaş kimi qələmə verilir. Qadın azadlıqları multikulturalizm siyasətinə qurban verilir. Müsəlman qadınlar sanki Qərb üçün təhlükə sayılır”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti