...

Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 18 Aprel 2023 19:32 (UTC +04:00)
Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti