...

Mina terroru erməni terrorizmini göstərən əsas faktlardan biridir - Elşad Həsənov

Siyasət Materials 1 May 2023 14:15 (UTC +04:00)
Mina terroru erməni terrorizmini göstərən əsas faktlardan biridir - Elşad Həsənov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mina terroru ümumilikdə erməni terrorizmini göstərən əsas faktlardan biridir.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, neçə illər idi ki, torpaqlarımız düşmən işğalı altında idi.

"Həmin illərdə düşmən hər yerə mina basdırıb. Hazırda da azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Düşmən torpaqlarımız tərk edərkən belə ərazilərə əlavə minalar basdırıblar. Müharibə bitəndən bu günə qədər 300-dən çox vətəndaşımız minaya düşərək həlak olub və yaralanıb. Ermənistanın mina terroru hələ də davam edir. Tapılan minaların içərisində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar aşkar edilib."

E. Həsənov bildirib ki,ərazilərimizin minalardan təmizlənməsində çox az ölkə dəstək verir.

"Bir çox beynəlxalq təşkilatlar Ermənistana qarşı tutarlı bir bəyanat səsləndirməyib. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan qınanmalıdı. Lakin beynəlxalq təşkilatlar minalarla bağlı konkret tədbirlər görmür. Minaların təmizlənməsi prosesinin yaxın bir neçə il ərzində davam edəcək. Ermənistanın torpaqlarımızda bu qədər mina basdırmaqda məqsədi əzəli torpaqlarımıza qayıdışı ləngitmək və insan itkilərini artırmaq olub. Bütün bunlara baxmayaraq minatəmizləmə işləri bu gün də sürətlə aparılır", - deyə E.Həsənov bildirib.

Qeyd edək ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 301 nəfər mina qurbanı olub, 57 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti