...

Azərbaycanla Türkiyə kədərdə və sevincdə bir-birlərinin yanındadır - Hulusi Akar

Siyasət Materials 4 May 2023 16:16 (UTC +04:00)
Azərbaycanla Türkiyə kədərdə və sevincdə bir-birlərinin yanındadır - Hulusi Akar

Bakı. Trend:

Türkiyə həmişə qardaş Azərbaycanın yanındadır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar öz rəsmi sosial media heabında bildirib.

"Azərbaycanla Türkiyə kədərdə və sevincdə bir-birlərinin yanındadır. Şəhid tankçı baş leytenant Valeh Məmiyevə və bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü ötən il oktyabrın 23-də Qubadlı-Laçın istiqamətində olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, Cəbrayılın, və Qubadlı rayonlarının azad olunmasına görə medallarıilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti