...

Razılaşmanın əldə olunması Azərbaycan və Ermənistan hüdudlarından kənar olanlara da xeyir verəcək - Blinken

Siyasət Materials 4 May 2023 22:38 (UTC +04:00)
Razılaşmanın əldə olunması Azərbaycan və Ermənistan hüdudlarından kənar olanlara da xeyir verəcək - Blinken

Bakı. Trend:

Razılaşmanın əldə olunması təkcə Azərbaycan və Ermənistan xalqlarına deyil, həm də bu ölkələrin hüdudlarından kənara da xeyir verəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da görüşündən sonra açıqlamasında deyib.

"Həm Ermənistandan, həm Azərbaycandan, həm də xarici işlər nazirlərindən gördüyümüz lidərlik ruhlandırıcıdır. Bütün bunlar asan deyil, amma qalan çətin məsələlərin həlli üçün irəliyə doğru getmək qətiyyət, əzmi var. Bu danışıqlar nəticəsində biz çox nəzərə çarpan irəliləyiş əldə etdiyimizi görürük. Biz dostlarımıza buna nail olmaqda kömək etməyə davam etməkdə qərarlıyıq", - deyə o bildirib.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti