Bakı. Trend:
Heydər Əliyev beynəlxalq lider kimi özünü sübut edib.
Trend-in xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Heydər Əliyevin enerji strategiyası” adlı paneldə ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş koordinatoru, sabiq səfir Stiven R.Mən deyib
O qeyd edib ki, ABŞ-ın Avrasiya enerji diplomatiyası üzrə keçmiş koordinatoru təyin ediləndən sonra Azərbaycanın neft və qaz məsələləri ilə daha yaxından tanış olmağa başlayıb.
“Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə yeni ixrac marşrutu üzərində işləməyə başladı. Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ diplomatiyasının da uğurudur. İstənilən kəməri kağız üzərində qura bilərsiniz. Ancaq banklar əmin olmalıdırlar ki, o kəmərin tikintisini maliyyələşdirsinlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Cənubi Qafqaz qaz kəmərinin gerçəkləşdiyini gördük. Bunların hamısı Heydər Əliyev dövrünə qayıtmağı zəruri edir. Xarici investorların bir araya gəlməsi üçün lazımi mühit önəmlidir”, - deyə o, əlavə edib.
Stiven R.Mən qeyd edib ki, “Əsrin müqaviləsi” ən xoş sözlərə layiqdir.
“Xəzəri bir çox investorlar tanımırdılar. Bu baxımdan qərarların çevikliyi, qətiyyətiylə bağlı Heydər Əliyevi təqdir etməliyəm. Heydər Əliyevin geosiyasi savadı, intellekti, müxtəlif ölkələrdən investorların seçilməsi təqdirəlayiqdir. BP şirkəti Cənubi Qafqazdakı kəmərlərlə bağlı kommersiya gücü idi. Neft və qaz kəmərlərinin özünü doğrultması üçün hasilat gücü olmalıdır və “Əsrin müqaviləsi” bunu təmin etdi. Digər tərəfdən, İlham Əliyevin rəhbərlik etdiyi SOCAR komandası ilə işləmək çox xoş idi”.