Bakı. Trend:
Aİ Avropaya enerji daşıyıcıları tədarükünün diversifikasiyasında Azərbaycanın rolunu qiymətləndirir.
Trend bazar ertəsi xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla Vilnüsdə keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan-Aİ münasibətlərinə gəlincə, ümid edirəm ki, tərəflər arasında yeni saziş üzrə danışıqlar ən qısa zamanda yekunlaşacaq. Aİ Avropaya enerji daşıyıcıları tədarükünün diversifikasiyasında Azərbaycanın rolunu qiymətləndirir", - o deyib.
Ceyhun Bayramov Azərbaycanın Aİ-nin Cənubi Qafqazda ən böyük ticari, investisiya və strateji enerji tərəfdaşı olduğunu əlavə edib.
Son məlumatlara görə, 2023-cü ilin birinci rübündə Avropaya Azərbaycan qazının ixracı 2,9 milyard kubmetr olub. Ümumilikdə bu il Avropaya Azərbaycan qazının tədarükünün təqribən 12 milyard kubmetr olacağı gözlənilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)