...

Hind-fars əməkdaşlığı: "islam" İranı iç üzünü göstərir

Siyasət Materials 9 May 2023 09:58 (UTC +04:00)
Hind-fars əməkdaşlığı: "islam" İranı iç üzünü göstərir

Bakı. Trend:

Özünü İslam dövləti kimi qələmə verən İran Hindistanla əməkdaşlığı dərinləşdirir.

Trend xəbər verir ki, bu barədə Asiya-Sakit Okean Təhlükəsizlik Araşdırmaları Mərkəzindən Donald Berlinin tədqiqatında deyilir.

O qeyd edib ki, Hindistanın digər islam ölkəsi olan Pakistanla gərgin münasibətlərini nəzərə aldıqda narahatlıq doğuran məsələlərdən biri İranla Hindistan arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişdir.

"Təhlükəsizlik sahəsində münasibətlər göründüyü qədərilə 2001-ci ildə Hindistanın baş naziri Vacpainin İrana səfərilə başlayıb. O və prezident Hatəmi birgə bəyanat dərc ediblər. Tərəflər bəyanatda regionda sülhün və stabilliyin qorunmasında əməkdaşlıq barədə razılaşıblar. Bundan sonra İran prezidenti Hatəmi 2003-cü ilin yanvarında Hindistana səfər edib. Səfər zamanı iki ölkə arasında bir sıra saziş, o cümlədən "Strateji əməkdaşlığın yol xəritəsi üzrə Anlaşma Memorandumu" imzalanıb. Memorandumda Hindistan və İranın müdafiə üzrə razılaşdırılmış sahələrdə, o cümlədən təlim və səfər mübadilələri üzrə əməkdaşlıq imkanlarını öyrənəcəkləri deyilir. Həmçinin Hindistan və İranın müdafiə sahəsində əməkdaşlığının hər hansı üçüncü tərəfə yönəlmədiyi qeyd olunub", - tədqiqatda deyilir.

Bu faktı nəzərə aldıqda İranın İslam dünyası təbliğatı getdikcə daha aldadıcı xarakter alır. Bu ölkə əslində dünyada ən çox müsəlman əhalinin olduğu ikinci dövlət olan Pakistana qarşı çıxmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti