...

Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir - Hulusi Akar

Siyasət Materials 11 May 2023 15:16 (UTC +04:00)
Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir - Hulusi Akar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz hələ də bu sülh əlinin tutulmasını gözləyirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təlimlərinin nəticələrinə dair brifinq zamanı bildirib.

"Biz sülh istəyirik. Çünki belə olarsa, Cənubi Qafqazda sülh və sabitlik mühiti yaranacaq. Bu, hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik, özünüz olun, kənardan gələn təkliflərlə hərəkət etməyin. Düşünürük ki, bu bölgənin şərtlərinə və coğrafiyasına uyğun hərəkət etsələr, bölgə üçün və onlar üçün çox daha faydalı olar'', - deyə H.Akar əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti