...

Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda konfrans keçirilir (FOTO)

Siyasət Materials 22 May 2023 10:01 (UTC +04:00)
Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda konfrans keçirilir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti