...

Ümid edirəm ki, bir gün ölkəm Xocalı soyqırımını tanıyacaq - Niderlandlı yazıçı

Siyasət Materials 25 May 2023 16:39 (UTC +04:00)
Ümid edirəm ki, bir gün ölkəm Xocalı soyqırımını tanıyacaq - Niderlandlı yazıçı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam Trend:

Artıq üçüncü dəfə Qarabağda olmağıma görə şadam. Bu, mənim üçün önəmlidir. Qarabağla bağlı kitabımı tamamlayıram.

Bu barədə Trend-ə açıqlamasında Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında iştirak edən Niderlandlı yazıçı Henri Van Rens deyib.

"Niyə Qarabağla bağlı kitab hazırlayıram, çünki biz Niderlandda Azərbaycanla, Qarabağla bağlı heç nə bilmirik. Bu, 400 min il əvvəldən bu günədək olan dövrü əhatə edəcək tarix kitabıdır. Bu dövrdə olan hər şeyi kitaba daxil etməyə çalışmışam. Təxminən 420 səhifəlik böyük bir kitab olacaq. Bunu etdiyim üçün çox xoşbəxtəm. Çünki bu I və II Qarabağ müharibəsinin qurbanları üçün, həmçinin onların valideynləri və övladları üçün bir hədiyyədir", - deyə H.V.Rens əlavə edib.

Konfrans barəsində danışan yazıçı bunun faydalı olduğunu qeyd edib.

"51 ölkədən 200 nəfər iştirak edir. Bu məsələ ilə bağlı bütün dünyanın, eləcə də Niderlandın bilməsinə ehtiyac var. Ümid edirəm ki, bir gün Niderland hökuməti Xocalı soyqırımını tanıyacaq. sadəcə Xocalıda yox, Qarabağdakı bir çox digər yerlərdə də ermənilər cinayətlər törədib", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti