...

Aİ Azərbaycanda minatəmizləməyə daha çox maliyyə ayırmaq üzərində işləyir - Səfir

Siyasət Materials 26 May 2023 14:17 (UTC +04:00)
Aİ Azərbaycanda minatəmizləməyə daha çox maliyyə ayırmaq üzərində işləyir - Səfir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda minatəmizləmə prosesinin maliyyələşdirilməsinin genişləndirilməsi üzərində çalışır.

Trend cümə günü xəbər verir ki, bunu bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda deyib.

"Aİ minalar əleyhinə fəaliyyətə görə cavabdeh olan qlobal lider olmaqla yanaşı, Azərbaycanın bu sahədə böyük tərəfdaşıdır. Aİ həmçinin Azərbaycana minatəmizləmə işlərində köməklik etmək və maliyyə yardımı göstərmək məqsədilə üzv ölkələrin əməkdaşlığını gücləndirir", - səfir deyib.

O, minalar əleyhinə fəaliyyətin məcburi köçkünlərin qayıdışı üçün çox vacib olduğunu vurğulayıb.

"Aİ gələcəkdə də bərpa işlərində iştirak imkanını nəzərdən keçirir", - deyə P.Mixalko əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti