...

Britaniya Baş nazirinin ticarət elçisi Bakıya gəlir

Siyasət Materials 29 May 2023 09:41 (UTC +04:00)
Britaniya Baş nazirinin ticarət elçisi Bakıya gəlir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson bu gün Azərbaycana səfər edəcək.

Trend Böyük Britaniyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak etmək və Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulamaq üçün bu gün Azərbaycana dördgünlük rəsmi səfəri başlayır.

Baronessa Emma Nikolson Bakıda energetika naziri Pərviz Şahbazov, parlamentin sədri Sahibə Qafarova və enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Baronessa Emma Nikolson səfəri zamanı enerji bazarı imkanlarını və Azərbaycanın təmiz enerjiyə keçidini müzakirə etmək üçün “Baku Connect” tədbirində iştirak edəcək.

O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti