...

Əsir götürülən əsgərimizin cəzası artırıldı

Siyasət Materials 10 İyun 2023 00:13 (UTC +04:00)
Əsir götürülən əsgərimizin cəzası artırıldı
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun həbs müddəti 3 ay uzadılıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Məhkəmə prosesi" Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçirilib.

"Ümumi Yurisdiksiya Məhkəməsi Hüseyn Axundovun işi üzrə ilk məhkəmə iclasını keçirib. İclasda Axundov ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilib", - deyə məhkəmənin açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilir. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirib".

Hüseynin Ermənistanda əsir götürüldüyü kadrlarından əslində hər şey gün kimi aydındır. Ona qarşı olan təzyiqi, zor tətbiqini, işgəncəni yayılan kadrlarda açıq-aşkar Hüseynin hər halından bəlli idi.

İstisna edilmir ki, istintaq müddəti ərzində Azərbaycan Ordusunun əsgərinə erməni tərəfi daha dözülməz, çox ağır işgəncələr verərək belə bir cinayəti məcburi olaraq onun boynuna götürməsinə səbəb olublar.

Göründüyü kimi, rəsmi İrəvan bu cür destruktiv qərarla Azərbaycan qarşısında əlini gücləndirərək diplomatik müzakirələrdə Bakıdan maraqlarına uyğun nələrisə qoparmaq, əldə etməyi planlaşdırır. Amma rəsmi İrəvan Azərbaycan əsgəri üzərindən bu cür məkirli, çirkli, qarayaxma əməllərlə nəyəsə nail olacağına ümid edirsə, çox yanılır.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər də geniş yayılıb.

Lakin təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlət və dövlət başçıları Azərbaycan əsgərinə qarşı olan işgəncə görüntülərinə bu zamana kimi heç bir reaksiya verməyiblər.

Xəbər lenti

Xəbər lenti