...

Beynəlxalq təşkilatlar Ermənistanın ekoloji terroruna susur

Siyasət Materials 10 İyun 2023 17:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Həm müharibə, həm də müahirbə zamanı tördəilən cinayətlər birmənalı olaraq qəbuledilməzdir. Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması da qətiyyən qəbuledilməzdir. Beynəlxalq təşkilatlar Kaxovkadakı fəlakətə dərhal reaksiya verdilər. Təbii ki, bu tamamilə normaldır. Lakin normal olmayan həmin ölkə və təşkilatların 30 il boyunca Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi eyni cinayətlərə, ekoloji terrora susqun yanaşmasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Beynəlxalq birliyin Ukraynadakı hadisəyə dərhal reaksiya verdiyini deyən deputat məhz bunun fonunda xarici ölkə və təşkilatların eyni məsələlərə ikili standartlardan yanaşdığının növbəti dəfə təsdiqləndiyini qeyd edib.

“Bəlli olduğu kimi beynəlxalq birlik, xarici ölkə və təşkilatlar Kaxovkadakı cinayətə dərhal reaksiya verdilər. Təbii ki, bu tamamilə normaldır. Lakin normal olmayan həmin ölkə və təşkilatların 30 il boyunca Ermənistanın Azərbaycana qarşı həyata keçridiyi eynitəmayüllü cinayətlərə, ekoloji terror susqun yanaşmasıdır. Bu azmış kimi həmin ölkə və təşkilatlar Ermənistanın hazırda da törətməyə çalışdığı növbəti ekoterrora reaksiya vermir, sanki bunu görməzdən gəlirlər”, - deyə deputat bildirib.

V.İskəndərov deyib ki, buna missal olaraq Ermənsitanın atmağa hazırlaşdığı son addımı göstərmək olar. “Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.

Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Azərbaycan ictimaiyyəti, ekofəallar və müaviq QHT-lər bir neçə gündür ki, bu məsələ ilə bağlı haqlı narahatlıqlarını bəyan edirlər. Lakin yenə də beynəlxalq təşkilatlar susur. Daha doğrusu, bir daha məsələlərə ikili standartlardan yanaşma nümayiş etdirirlər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti