...

Prezident İlham Əliyev: Əldə edilmiş uğurların təməlində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri dayanır

Siyasət Materials 13 İyun 2023 14:15 (UTC +04:00)
Prezident İlham Əliyev: Əldə edilmiş uğurların təməlində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri dayanır

Bakı. Trend:

Əldə edilmiş uğurların təməlində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri dayanır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti