Bakı. Trend:
Ermənilərin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə metallurgiya zavodu inşa etməsi Azərbaycan ərazilərinə qarşı ekoloji terrorun davamıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində ekologiyamıza qarşı terror ümumiyyətcə regionda ekoloji balansı pozub.
“30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası həddinən artıq böyükdür. Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub”, - deyə deputat bildib.
S.Hüseynova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində tarixi
Zəfərdən sonra ermənilərin ərazilərimizdə törətdiyi ekoloji terror
daha dəqiq üzə çıxdı.
“Məlumdur ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar
meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac növləri
olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və
digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi
xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər
talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət
edilib”, - deyə S.Hüseynova bildirib”.
Deputat vurğulayıb ki, ermənilər həmçinin su və çaylar vasitəsilə ekoloji terror törədiblər: “Belə ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, indidə ermənilər sərhəddimizin bir addımlığında metallurgiya zavodu tikməklə növbəti ekoloji terrora zəmin yaradır. “Ermənistanın bu əməli beynəlxalq konvensiyaya ziddir.
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır”, - deyə o əlavə edib.