...

Ermənistan eskalasiyanı artırmaq istəyir - İrəvana kim bunu sifariş etdi?

Siyasət Materials 17 İyun 2023 20:46 (UTC +04:00)
Ermənistan eskalasiyanı artırmaq istəyir - İrəvana kim bunu sifariş etdi?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan-Azərbaycan arasında vəziyyətin gərginləşməsində maraqlı olan aktorlar imkan verməyəcəklər ki, regionda stabillik və sülh olsun.

Bu barədə Trend-in suallarını cavablayarkən hərbi-siyasi ekspert Telman Qasımov deyib.

"Burada vəziyyətin gərginləşməsində maraqlı olan aktorlar imkan verməyəcəklər ki, regionda stabillik və sülh olsun. Çünki sülh olarsa, həmin o oyunçulara məqam qalmayacaq. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışır. İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Məqsədi odur ki, bütün layihələr İran vasitəsilə həyata keçirilsin və onlardan böyük gəlirlər əldə etsinlər. Ona görə də bəhanələr, maneələr törədirlər.

Ermənistanın son günlər törətdiyi təxribatlar isə eskalasiyanın artacağını göstərir. Nə qədər ki, regionda oyunçuların maraqları toqquşacaq, vəziyyət daha da gərginləşəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti