...

Türkiyə-Azərbaycan münasibətləri regionda sülh proseslərinin mərkəzində dayanır - Nizami Cəfərov

Siyasət Materials 19 İyun 2023 15:04 (UTC +04:00)
Türkiyə-Azərbaycan münasibətləri regionda sülh proseslərinin mərkəzində dayanır - Nizami Cəfərov

Bakı. Trend:

Türkiyə-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin çəkilməsi və regionda sülh yaranması proseslərinin mərkəzində dayanır.

Trend-in məlumatına görə, bu sözləri TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

"Əlbəttə gözlənilirdi ki, Türkiyədə prezident seçkilərindən sonra Zəngəzur dəhlizi məsələsi daha da aktivləşəcək. Əslində, Zəngəzur dəhlizinin tikintisinə Azərbaycan tərəfi çoxdan başlayıb. Prezidentin bu barədə təklifləri parlament tərəfindən dəstəklənib və bunun üçün xeyli büdcə ayrılıb. Həm də Zəngəzur dəhlizi məsələsi təkcə bizim marağımız daxilində olan bir məsələ deyil, bu məsələ həm Şərqdə, həm də Qərbdə çoxdandır gözlənilən magistraldır. Bu yolun açılması dünyada gedən inteqrasiya prosesləri, dolayısı ilə siyasi inteqrasiya prosesləri üçün də çox əhəmiyyətlidir. Rusiyanın da əvvəldən bu dəhlizin yaranmasına, inkişafına münasibəti müsbətdir", - deyə o qeyd edib.

"Türkiyə-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin çəkilməsi və regionda sülh yaranması proseslərinin mərkəzində dayanır.

Bu xüsusda Ermənistan Azərbaycanla müqavilə imzalamağa məcburdur. Ermənistan anlamalıdır ki, bu dəhlizin fəaliyyəti ümumi, humanist, dünyanın iqtisadi inkişafına müsbət töhfə verəcək bir prosesdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan sülh müqaviləsi imzalamasa belə, bu layihələr həyata keçəcək"- deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti