...

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb

Siyasət Materials 21 İyun 2023 14:53 (UTC +04:00)
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə nazir öz tvitter hesabında qeyd edib.

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə C.Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti