Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Tədbirdə çıxışı zamanı dövlətimizin başçısı bir sıra vacib məqamlara toxunub, bəyanatlar səsləndirib.
Hərbi ekspert, polkovnik Alparslan İmamqulu Trend-ə videomüsahibəsində Vətən müharibsəindəki qələbədən sonra Azərbaycanın ordu quruculuğundakı yeniliklər barədə məlumat verib və regiondakı vəziyyətin gedişatını şərh edib.
A.İmamqulu qeyd edib ki, Vətən mühaKoribəsindən sonra Azərbaycan Ordusu daha əvvəlkindən daha sürətli bir inkişaf yolu keçib.
"Komando birləşmələrinin yaradılması ilə istənilən təhdidin, risk amilinin qarşısının alınması daha da uğurlu olacaq. Artıq bir çox əməliyyatlarda komando birləşmələri düşməni rahatlıqla zərərsizləşdirə bilir"- deyə o, əlavə edib.
A.İmamqulu vurğulayıb ki, üçtərəfli bəyanatın müddəalarına riayət edən, demək olar ki, sadəcə Azərbaycandır.
"Təxribatlar törədən Ermənistan isə bölgədə terrorist qüvvələrin yaradılması üçün əlindən gələni edir. Azərbaycan da buna cavab olaraq bir sıra kiçik miqyaslı anti-terror əməliyyatları keçirdi", - deyə o, əlavə edib.
Geniş videomüsahibəni təqdim edirik: