...

Ermənistanın destruktiv mövqeyi bölgədə sülhə ən ciddi maneədir

Siyasət Materials 25 İyun 2023 20:10 (UTC +04:00)
Ermənistanın destruktiv mövqeyi bölgədə sülhə ən ciddi maneədir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan qeyri-konstruktiv mövqeyi, öz imzasına hörmət etməməsi, Azərbaycana qarşı hərbi təxribatlara əl atması regionda sülhün və sabitliyin bərqərar olmasına ciddi manelər törədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Vətən müharibəsindən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

“Ermənistan 30 illik işğal dövründə ərazilərimizdə vandallıq törətsə də, Azərbaycan Vətən müharibəsində tarixi zəfərdən sonra humanistlik nümayiş etdirərək Ermənistana əməkdaşlıq, sülh müqaviləsi təklif edib. Lakin Ermənistan öz revanşist xülyasından əl çəkməyərək ölkəmizə qarşı hərbi təxribatlara əl atıb. Qüdrətli Azərbaycan ordusu hər bir erməni təxribatının qarşısını layiqincə alıb və düşmənə sarsıdıcı zərbə vurub. Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni siyasi-diplomatik müstəvidə də davam etdirir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistanın təxribatları Azərbaycanın iradəsinə və mövqeyinə hər hansı bir təsir göstərə bilməz.

“Azərbaycan daim öz gücünü artırır, mövqelərini gücləndirir. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Ermənistan öz təxribatçı mövqeyindən əl çəkməlidir, əks halda daha acınacaqlı vəziyyətlə üzləşəcək”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə deyib ki, Prezident İlham Əliyev çıxışı zamanı vacib məqamlara toxundu, ciddi mesajlar verdi.

“Düşünürəm ki, Ermənistan və onun havadarları bu mesajlardan ciddi nəticə çıxarmalıdır. Vətən müharibəsindən sonra Ermənistan tərəfindən bir çox təxribatlar törədilib.

Bu təxribatlar ona görə törədilib ki, Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçırırdı. Ancaq Ermənistan tərəfindən törədilən bütün hərbi təxribatların qarşısı qüdrətli Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, onlara lazımi dərs verilib. Bundan sonra Azərbaycan tərəfindən beynəlxalq hüquq çərçivəsində irəli sürülmüş sülh müqaviləsini imzalamaqdan boyun qaçırarlarsa və növbəti təxribatlara əl atarlarsa, əlbəttə bu, Ermənistan üçün çox acınacaqlı nəticələrlə bitəcək.

Azərbaycan həm iqtisadi cəhətdən güclənir, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı olduğu qəbul olunur. Ölkəmizin mövqeyi möhkəmlənir və hərbi gücümüz artır. Bu gücün qarşısında Ermənistan aciz bir durumdadır. Düşünürəm ki, Ermənistan bundan ciddi nəticə çıxarmalıdır. Yenə də sülh müqaviləsindən boyun qaçırmağa çalışarlarsa və hər hansı təxribatlara cəhd edərlərsə, bu, Ermənistanı çox acınacaqlı sonluğa gətirib çıxaracaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti