Bakı. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsi ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
Trend xəbər verir ki, BQXK-ya məxsus maşınlar Qarabağdan Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə erməni sakinləri Ermənistana aparıb.
Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə, xüsuilə də Laçın postunda Azərbaycan hərbiçisinin ağır ayaralanması ilə nəticəlnən təxribatlarından sonra rəsmi Bakının qərarı ilə keçid məntəqəsinin bağlanması ilə bağlı qərarından sonra Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürürlər. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyinin əksinə olaraq yol humanitar məqsədlər üçün bağlı deyil.