...

Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır - Fransızsayağı "demokratiya"

Siyasət Materials 29 İyun 2023 11:41 (UTC +04:00)
Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır - Fransızsayağı "demokratiya"
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Zaman-zaman Azərbaycana demokratiya dərsi keçmək istəyən Fransanın özündə insan hüquq və azadlıqları ən kobud şəkildə pozulur.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün bölgəmizə sülhün gəlməsinə ən çox mane olan Fransadır. “Fransa davamlı olaraq Azərbaycanı heç bir fakta əsaslanmadan günahlandırır. Əslində isə Fransa miqrantlara, etnik qruplara qarşı kəskin siyasət yürüdən, ayrı-seçkilik yaradan, onların hüquqlarını kəskin şəkildə pozan dövlətlərdən biridir.

Fransada davamlı olaraq bu cür hadisələrin baş verməsinin şahidiyik, yeniyetməyə qarşı irqi zəmində amansız, qəddar münasibət bunu bir daha təsdiq edir. Bu onu göstərir ki, hadisənin arxasında məhz elə Fransa Prezidenti Emmanuel Makron durur. Bu hökumət xalqın etimadını da itirib. Çoxlu sayda insanın küçələrə çıxaraq hadisələrə etiraz etməsi və sərt reaksiya verməsi də bunun sübutudur”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, baş verən hadisələr eyni zamanda onu göstərir ki, Fransanın heç bir ölkəyə demokratiya dərsi keçməyə hüququ yoxdur.

“Fransa bu cür addımlarla özünü ifşa edir, özünün faşist mahiyyətini, digər xalqlara dözümsüzlüyünü ortaya qoyur”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti