Bakı. Trend:
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masada yekun Bəyanat imzalanıb
Trend xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə
“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi
masa keçirilib.
Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib
adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son
fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı
tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq
ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan
verdi.
Əslində, bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqların mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyasının müstəqillik tərəfdarları və GFLM alyansının katibliyi (Groupe Fer de Lance Mélanésien) Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğulayıblar.
Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulandı:
- Qayanada sosial vəziyyət xüsusilə pisləşir, əhalinin 50 faizindən çoxu yoxsulluğun astanasındadır və işsizlik 30 faizdir; təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir.
-Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi.
-Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir.
-Polineziya indi tamamilə dekolonizasiya perspektivi ilə məşğuldur və cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyası Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyir.
Daha geniş mənada, Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər.
Onlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar.
Onlar xalqlar arasında qlobal əməkdaşlığa, xalqların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürürlər.
Tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin
sədri
Fərid Şəfiyev
Yeni Kaledoniyada, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi
Rok Vamitan
Maqali Tinqal
Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatı
Moris Pindard
Sindi Polüks
Jan-Viktor Kastor
Martinikanın Azadlığı Partiyası
Fransıs Karol
Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatı
Klodet Düamel
Tavini Huiraatira no te Ao Maohi
Oskar Temaru
Antoni Geros
Leon Tefo
Ella Tokaragi
Africa Mundus
Emmanuel Arqo
Edvin Daiti