...

Azərbaycan və Nepal XİN rəhbərləri turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıblar

Siyasət Materials 6 İyul 2023 23:35 (UTC +04:00)
Azərbaycan və Nepal XİN rəhbərləri turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıblar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyini, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti