Bakı. Trend:
Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilir ki, iki ölkə ərazisində vizasız yaşamaq üçün 3 ay - 90 gün vaxt verilir.
Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsip əsasında vətəndaşların ikitərəfli qaydada 90 gün vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
Ölkənin adı |
İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət |
|
1 |
Belarus |
90 gün |
2 |
Gürcüstan |
90 gün |
3 |
Qazaxıstan |
90 gün |
4 |
Qırğızıstan |
90 gün |
5 |
Moldova |
90 gün |
6 |
Özbəkistan |
90 gün |
7 |
Rusiya Federasiyası |
90 gün |
8 |
Tacikistan |
90 gün |
9 |
Ukrayna |
90 gün |
10 |
Türkiyə |
90 gün |
11 |
Qətər |
30 gün Qeyd: təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
12 |
Birləşmiş Ərəb Əmirlikləri |
90 gün |