...

Ermənistan hərbçilərinin Qarabağda nə işi var? (TƏHLİL)

Siyasət Materials 10 İyul 2023 09:22 (UTC +04:00)
Ermənistan hərbçilərinin Qarabağda nə işi var? (TƏHLİL)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın regionda sabitliyi pozmaq cəhdləri yenə də qalmaqdadır. Azərbaycanın sülh təşəbbüslərinə hələ də müsbət reaksiyalar verməyən Ermənistan əksinə dünyaya yeni yalanlarını tirajlayır və bölgədəki vəziyyəti gərginləşdirmək üçün təxribatlar törədir.

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ağ yalan danışaraq Xankəndində Ermınistan hərbçilərinin olmamasını iddia edib. Bu günə kimi ölmüş 2 hərbçinin Ermənistan vətəndaşı olmamasına dair heç bir sübut ortaya qoya bilməyiblər.

Ermənistan Qarabağdakı separatçılara ildə 300 milyon dollara yaxın pul ayırır. Bu vəsaitin bir qismi onların silahlarla təchizatına yönəldilir. Amma eyni zamanda, Ermənistan hərbçiləri də orada xidmət keçirlər və onların Azərbaycan ərazisində mövcudluğu var.

Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, özünü dövlət adamı hesab edən şəxs heç zaman yalan danışmamalıdır. “Hamı kimin yalan, kimin doğru danışdığını yaxşı bildir. Paşinyan deyəndə ki, Azərbaycan ərazisində erməni hərbçiləri yoxdur, o gərək bir neçə suala cavab verməli idi. Hamı bilir ki, Azərbaycan ərazisində Ermənistanın təqribən 10 min nəfərdən ibarət qeyri-qanuni silahlı dəstəsi, terror qruplaşması var. Soruşmaq lazımdır Azərbaycan ərazisində, Qarabağda yaşayan təqribən 25-30 min ermənidən 10 min nəfərdən ibarət silahl dəstə yaratmaq mümkündür? Əlbəttə mümkün deyil”, - deyə o əlavə edib.

Ermənistan ildə 300 milyon dollara yaxın Qarabağdakı separatçılara pul ayırır. Bu vəsaitin bir qismi onların silahlarla təchizatına yönəldilir. Amma eyni zamanda, Ermənistan hərbçiləri də orada xidmət keçirlər və onların Azərbaycan ərazisində mövcudluğu var.

Siyasi ekspert Turab Rzayev isə belə hesab edirik ki, Xankəndində Ermənistan hərbçilərinin olmamasını Azərbaycan tərəfi qəbul edə bilməz. Çünki bu bəyanat həqiqətin təhrif olunmasından ibarətdir. Faktiki olaraq Ermənistan tərəfi siyasi oyunbazlıqla məşğuldur.

Politoloq İlyas Hüseynov son dövlər Ermənistan tərəfi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı fəal iş aparır.

"Əsas məqsəd kimi Azərbaycanın imicini korlama beynəlxalq nüfuzumuzua ləkə salmaq niyyəti özünü açıq şəkildə göstərir. Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı iddiaların irəli sürülməsi, çəkişmələrin getməsi 2020-ci ildə Vətən müharibəsindən sonra geniş şəkildə müşahidə olunur. Azərbaycanın nəzarət buraxılış məntəqəsini təsis etməsi Ermənistan tərəfidən başqa cür təqdim olunurdu. Sanki Azərbaycan Qarabağ iqtisadi rayonunda etnik erməniləri sıxışdırır və etnik təmizləmə siyasəti tətbiq olunur. Bu tamamilə yalnış fikirlərdir. Azərbaycan təhülkəsizliyin təmin olunması, eləcə də reinteqrasiya prosesində maraqlıdır. Eyni zamanda nəzarət buraxılış məntəqəsi mülki şəxslər üçün tamamilə açıqdır, humanitar məqsədlərə xidmət edir və Azərbaycanın beynəlxalq hüquq əsasında suveren fəaliyyətinin nəticəsi kimi nəzarət buraxılış məntəqəsi qurulub. Azərbaycan diplomatiyası siyasi hüquqi əsasda bir daha öz möhkəm siyasi iradəsini nümayiş etdirdi. Ermənistanın vəsatəti yekdilliklə rədd edildi", - deyə o bildirib.

İ. Hüseynov əlavə edib ki, yaxın dövrdə Azərbaycan bölgənin hərbisizləşdirilməsi prosesini icra edə bilər.

"Bölgədə olan qeyri-qanuni terroçular, silahlı birləşmələr qısa zamanda kəsiyində Azərbaycan ərazisini tərk etməlidir. Ermənistan ordusunun silahlı birləşməlirinə Azərbaycanda yer yoxdur və bununla bağlı olaraq Ermənistan öhdəlik götürüb. Təəsüflər olsun ki, üç ilə yaxın müddət ərzində hələ də bu öhdəlik yerinə yetirilməyib", - deyə o qeyd edib.

Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatını kobud şəkildə pozaraq hələ də Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı dəstələr, terror qruplaşmaları saxlaması yolverilməzdir. Bu qanusuz silahlı qruplaşmalar Azərbaycana qarşı mütəmadi təxribatlar törədir. Əgər Ermənistan tərəfi buna nəzarət edə bilmirsə və ya etmək istəmirsə, Azərbaycan özü öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məcburiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti