...

Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb

Siyasət Materials 19 İyul 2023 09:26 (UTC +04:00)
Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla BƏƏ arasında vizasız rejimin tətbiqinə başlanılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin 18 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ümumvətəndaş, diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandum”u əsasında cari ilin 8 iyul tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarına münasibətdə vizasız rejimin tətbiqi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti