...

Tomas Qolts vəfat edib

Siyasət Materials 29 İyul 2023 11:09 (UTC +04:00)
Tomas Qolts vəfat edib

Bakı.Trend:

Məşhur amerikalı yazıçı, ADA Universitetinin fəxri doktoru Tomas Qolts vəfat edib.

Trend-in məlumatına görə, juranlist 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Qolts Qarabağ münaqişəsi ilə bağlı yazılmış ilk kitablardan olan “Azərbaycan gündəliyi”nin müəllifidir. Onun “Washington Post”, “National Interest” və digər nüfuzlu kütləvi informasiya vasitələrində dərc etdirdiyi məqalələr Azərbaycanın dünya ictimaiyyətinə tanıdılması və Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılması işinə töhfə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti