...

Azərbaycan dünya miqyasında minalarla ən çox çirklənmiş ölkədir - Hikmət Hacıyev

Siyasət Materials 14 Avqust 2023 20:59 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib.

“2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünya miqyasında minalarla ən çox çirklənmiş ölkədir. Ermənistan mina terrorunu davam etdirir”, - H.Hacıyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti