...

Nyu-Yorkdakı icmamız BMT-nin mənzil-qərargahı önündə etiraz səsini ucaldıb (FOTO)

Siyasət Materials 18 Avqust 2023 13:50 (UTC +04:00)
Nyu-Yorkdakı icmamız BMT-nin mənzil-qərargahı önündə etiraz səsini ucaldıb (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahı önündə Azərbaycan icmasının dinc aksiyası keçirililib.

Aksiya iştirakçıları 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz səsini ucaldıblar.

Aksiya zamanı “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovlara görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovları azad edin!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarları nümayiş etdirilib.

Aksiya iştirakçıları BMT-nin Təhlkəsizlik Şurasını əməli fəaliyyətə keçməyə – Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitini qorumağa, Ermənistanın ekosidinə son qoymağa, bərpa işləri üçün beynəlxalq yardım göstərməyə, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyini təmin etməyə və insan hüquqlarını qorumağa çağırış ediblər.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi və ekoloji cinayətləri barədə məlumatlandırıcı vərəqələr paylanılıb.

Erməni icmasının üzvləri dinc aksiyanın gedişində təxribatlar törətməyə cəhd ediblər, amma onlara Azərbaycan bayraqlarını dalğalandırmaqla cavab verən soydaşlarımız bu təxribatın qarşısını soyuqqanlılıqla alıblar.

Qeyd edək ki, aksiyada Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri də iştirak ediblər. Azərbaycanın bölgədəki sülh səylərinin dərk edilməsi və dəstəklənməsi barədə Koordinasiya Şurasının və ABŞ-dakı diaspor təşkilatlarının bəyanatları BMT-yə göndərilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələni müzakirəyə çıxarıb. Bu addım Ermənistanın xahişi, Fransanın təşəbbüsü ilə gündəliyə daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti