...

Ermənistan Ballıqaya qətliamına görə cavab verməlidir - Musa Qasımlı

Siyasət Materials 28 Avqust 2023 11:34 (UTC +04:00)
Ermənistan Ballıqaya qətliamına görə cavab verməlidir - Musa Qasımlı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən vətəndaşlarımıza qarşı daha bir qanlı və amansız cinayət törədilməsindən 31 il keçir. Hadisə nəticəsində 24 nəfər amansızlıqla qətlə yetirilib, 9 nəfəri isə ağır yaralanıb. Qətlə yetirilənlərin 6-ı uşaq 13 qadın idi.

Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Ermənistan bu vəhşiliyə görə cavab verməlidir.

Onun sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən Laçın rayonu işğal edildikdən sonra yurd-yuvalarından didərgin düşən bir qrup sakin Goranboy rayonunun Ballıqaya adlanan yaylaq sahəsində çadırlar qurmuşdular.

"Onlar geri dönəcəklərinə ümid edirdilər. Amma bu olmadı. İşğalçı Ermənistan ordusu 31 il əvvəl bu gün dinc insanları qətl etdilər. Ermənistanın törətdiyi bu hadisə sıyqırım aktıdır. Qətl edilən vətəndaşlarımız əliyalın çadırlarda yaşayan dinc sakinlər idilər. Mənfur düşmənimiz bu qanı tökməklə özlərinin necə bir millət olduğunu göstərdi.

Bu soyqırımı insanlığa, bəşəriyyətə, ədalətə və beynəlxalq normalara tamamilə zidd idi. Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazidə kütləvi məzarlıq tapıldı. Ballıqaya qurbanlarının indi ruhu şaddır. Bu gün laçınlılar öz doğma torpaqlarına qayıdırlar. Ancaq qətliamda həyatlarını qətl edilənlərin həyatını qaytarmaq mümkün deyil", - deyə M. Qasımlı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti