Bakı. Trend:
Rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır
Bu sözləri politoloq Tural İsmayılov ermənilərin sosial şəbəkələrdə müharibə anonslarını vermələrini Trend-ə şərh edərkən qeyd edib.
Politoloq qeyd edib ki, bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər.
Baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfinin daşıdığını vurğulayan politoloq bildirib ki, Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir.
“Ermənsitan hazırda sülhdən çox uzaqdır. Xarici ölkələrin maraqları naminə müharibəni gözə alan bir ölkə ilə necə sülh imzalamaq olar? Bundan başqa, rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır.
Nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmir, yekun sülh müqaviləsi imzalanmır, onda demək olar ki, geriyə bir variant qalır. Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək. Yəni baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfi daşıyır. Çünki Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir", - deyə T.İsmayılov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir.
"Hesab edirəm ki, buna görə də Ermənistan ciddi şəkildə bölgədə gərginləşdirici faktor kimi xarici güc mərkəzlərinin oyuncağı rolunu davam etdirir. Belə olduğu təqdirdə həm sərhədlərin delimitasiya demakrasiyası, həm Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir. Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir".