...

Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov

Siyasət Materials 20 Sentyabr 2023 18:37 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XİN-də keçirilən brifinqdə deyib.

“Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram. Burada təfərrüatlara varmaq istəmirəm. O baxımdan, bu bəyanatları ciddi qəbul etməməyə çağırıram”,- deyə E.Əmirbəyov bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti