...

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi

Siyasət Materials 24 Sentyabr 2023 15:18 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

Trend-in məlumatına görə, bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb:

“Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti