...

Erməni diasporunun nümayəndələri tərəfindən edilən hücumların hər biri görüntülənib - Komitə sədri

Siyasət Materials 27 Sentyabr 2023 14:24 (UTC +04:00)
Erməni diasporunun nümayəndələri tərəfindən edilən hücumların hər biri görüntülənib - Komitə sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kanadada da bu yaxınlarda Azərbaycan evimizə qarşı qeyri-qanuni hərəkətlər olmuşdu.

Trend xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin hadisə ilə bağlı da hüquq mühafizə orqanlarına məlumat verilib.

"Biz çalışırıq ki, bütün tədbirlər hüquq və qanun çərçivəsində olsun. 2021-ci ildən bizim bütün diaspor təşkilatlarımızda təhlükəsizlik və müşahidə kameraları quraşdırılıb.

Azərbaycan evlərinə erməni diasporunun nümayəndələri tərəfindən edilən hücumların hər biri görüntülənib. Bütün faktlarla bağlı toplanmış materiallar yerli hüquq mühafizə orqanlarına təqdim olunub", deyə Kimitə sədri əlavə edib.

Xatırladaq ki, bir sıra ölkələrdə erməni diasporunun radikal nümayəndələri Azərbaycanın səfirliklərinə, Azərbaycan evlərinə qarşı hücumlar təşkil ediblər, qanunsuz aksiyalar keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti